Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda – FOTO

15:05 - 18 / 10 / 2019
Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda – FOTO

125-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq “Startup Grind” hərəkatının Bakı cəmiyyəti öz fəaliyyətinə başlayıb. Belə ki, “Startup Grind Baku Hub” 15 Oktyabr tarixində yerli tərəfdaşları olan “Youth Inc.”

1news.az-ın verdiyi xəbərə görə, Sahibkarlıq Proqramı və İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə Silikon Vadisindən olan ekspert və investorun iştirakı ilə ilk tədbiri həyata keçirib.

Dünyanın yüksək texnologiya, innovasiya və media mərkəzi olan Silikon Vadisində yerləşən məşhur investorlar küçəsi olan “Sand Hill Road” barədə və investisiya imkanları barədə “Andreessen Horowitz” şirkətinin həmsədri Scott Kupor iştirakçılarla söhbət aparıb. Görüşün moderatoru “The Wall Street” jurnalının redaktoru Thorold Barker olub. Görüş online formada İnnovasiyalar Agentliyində həyata keçirilib. Startapçılar və sahibkaların iştirak etdiyi görüş böyük marağa səbəb olub. “Startup Grind Baku Hub” davamlı olaraq xarici mentor və ekspertlərin iştirakı ilə beynəlxalq səviyyəli tədbirləri təşkil etməyi planlayır.

Qeyd edək ki, "Startup Grind” hərakatı 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən, ruhlandıran və birləşdirən ən böyük müstəqil startap cəmiyyətidir. “Google for Startups”-ın əsas tərəfdaşlığı vasitəsilə 125-dən artıq ölkədə startap ekosistemlərinin yetişdirilməsinə yardım edir. “Startup Grind” hərəkatının əsas istiqaməti uğurlu şirkət qurucularının, novator və təlimçilərin, böyük şirkətlərin yaradılması yolunda təcrübəsini bölüşən investorların iştirak etdiyi aylıq tədbirlərdir. Silikon Vadisində yaradılan “Startup Grind” milyonlarla sahibkara öz işini qurmaqda, strateji tərəfdaşlarla əlaqə yaratmaqda və maliyyələşmədə kömək edir. “Startup Grind Baku Hub”-ın əsas tərəfdaşları “Youth Inc.” Sahibkarlıq Proqramı və İnnovasiyalar Agentliyidir.

S.Xankişiyeva

 

 

Paylaş:
2288

Son xəbərlər

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57
Bütün xəbərlər