ru

İqtisadiyyat

4 Noyabr saat 15:01

SOCAR-da iki yeni təyinat

SOCAR-da iki yeni təyinat

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə yeni vəzifə verilib.

"Report”un məlumatına görə, o, şirkətin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib.

Xatırladaq ki, A.Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub.

O,2006-2007-ci illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Nəqliyyat-Ekspedisiya şöbəsinin rəis müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya risklərinin idarə edilməsi və Logistika şöbələrinin rəisi, 2008-2010-cu illərdə İxrac əməliyyatları departamentinin rəisi, 2010-ci ildən isə İdarənin rəisi vəzifələrində çalışb.

A.Əhmədzadə Azərbaycanım neft sənayesinin inkişafındakı xidmətlərinə görə 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif olunub.

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik isə Adil Məmməd oğlu Vəliyevə həvalə edilib. A.Vəliyev 1980-ci ildə Bakıda anadan olub.

O,Azərbaycan Dövlət Neft Akademiyasını "Neft və qaz emalı" üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, 2017-ci ildə isə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin "Master of Business Administration" (MBA) proqramını ("Neft-qaz biznesinin idarə olunması") müvəffəqiyyətlə başa vurub.

2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyir, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.

S.Xankişiyeva

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur