Xoşagəlməz və xoşagələn şəhərlərin adları açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Xoşagəlməz və xoşagələn şəhərlərin adları açıqlanıb

15:04 - 04 / 12 / 2019
Xoşagəlməz və xoşagələn şəhərlərin adları açıqlanıb

Avstriyanın paytaxtı Vyana şəhəri ən xoşagəlməz şəhərlər reytinqində üçüncü yeri tutub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “İnterNations” şirkətinin hazırladığı “Expat City Ranking 2019” hesabatı təxminən 20 min ekspatın (digər ölkələrdə ixtisasları üzrə çalışan xarici mütəxəssislər) rəyləri əsasında tərtib olunub. Vyana müxtəlif araşdırmalarda ən yaşamalı şəhərlər sırasında ön cərgədə dayansa da, ekspatlar qeyri-səmimi və qeyri-gülərüz münasibətdən şikayətçi olublar.

Rəyi soruşulanların bir qismi (45 faiz) bu şəhərdə özlərinə yeni dostlar tapmaqda və yeni mühitə alışmaqda çətinlik çəkdiklərini qeyd ediblər. 38 faiz isə Vyana sakinlərinin əcnəbilərə qarşı qeyri-səmimi münasibətdə günahlandırıblar. Respondentlərin böyük əksəriyyəti (63 faiz) isə burada yerli dili bilmədən gündəlik həyatda çətinliklər yaşadıqlarını etiraf ediblər.

Ekspatlar üçün ən xoşagəlməz şəhərlər siyahısında Vyanadan sonrakı yerlərdə Əl-Küveyt və Paris dayanır. Ekspatların təcrübəsində ən xoşagələn şəhərlər isə Asiya şəhərləri olub. Taypey, Kuala Lumpur, Hoşimin və Sinqapur şəhərləri iş şəraiti, həyat keyfiyyəti, yaşayış xərcləri və digər kateqoriyalarda yüksək xal toplayaraq bu siyahıda ön sıralarda yer alıblar.

1news.az

Paylaş:
685

Son xəbərlər

Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 11:20“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09
Bütün xəbərlər