20 Yanvar faciəsindən 30 il ötür – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

20 Yanvar faciəsindən 30 il ötür – FOTO – VİDEO

16:26 - 20 / 01 / 2020
20 Yanvar faciəsindən 30 il ötür – FOTO – VİDEO

O qanlı gecənin qurbanlarının xatirəsi metropolitendə ehtiramla yad edilib.

1news.az-ın verdiyi xəbərə görə,Vətənimizin azadlığı, müstəqilliyi yolunda canlarını qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərimizin əziz xatirəsini “Bakı Metropoliteni” QSC kollektivi daim dərin hüzn və ehtiramla yad edir.

Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də anım mərasimi keçirilib. Təsdiq edilmiş tədbirlər planına əsasən, Bakı metropoliteni, xüsusən də "28 May", "Elmlər Akademiyası" və "20 Yanvar" stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gücləndirilmiş iş rejimi şəraitinə uyğun olaraq, “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.

Ümumxalq Hüzn Günü ilə əlaqədar səhər 06:00-dan bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə hüznlü musiqi parçaları səsləndirilir. Stansiyalara daxil olan qatarlarda elanları maşinistlər səsləndirirlər.
1990-cı il 20 yanvar gecəsinin əsas hadisələrinin cərəyan etdiyi ərazidə yerləşən “20 Yanvar” stansiyasının plaftormasının sütunlarında xüsusi eskizlər əsasında hazırlanmış güllərdən ibarət bədii kompozisiya qurulub.

Platformanın hər iki tərəfdən giriş hissəsində metropolitenin güllərdən hazırlanmış loqotipi və hüzn gününün ildönümünü əks etdirən “30” rəqəmi, tam mərkəzdə isə səkkizguşəli ulduz qurulub.

Gün ərzində şəhidlərin əziz xatirəsinə əbədi ehtiramın ifadəsi olan, stansiya platformasında metropolitençilərdən ibarət fəxri qarovul dayanır.
Saat 12:00-da ölkə ərazisinin, bütün nəqliyyat vasitələrində olduğu kimi, metropolitendə də qatarların fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçirilib.

“Bakı Metropoliteni” QSC-nin rəhbər heyəti, kollektivin nümayəndələri, sərnişinlər, eləcə də bu hüzn anını bu stansiyada qarşılamaq üçün gələnlərlə birlikdə fit səsinin müşayiət etdiyi sükut dəqiqəsini “20 Yanvar” stansiyasının platformasında qeyd ediblər.

S.Xankişiyeva

Paylaş:
806

Son xəbərlər

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51
Bütün xəbərlər