Atatürkü təhqir edən telekanala xəbərdarlıq edilib və pul cəzası kəsilib | 1news.az | Xəbərlər
Dünya

Atatürkü təhqir edən telekanala xəbərdarlıq edilib və pul cəzası kəsilib

12:04 - 12 / 11 / 2015
Atatürkü təhqir edən telekanala xəbərdarlıq edilib və pul cəzası kəsilib

Mustafa Kamal Atatürkə həqarətdə ittiham olunan telekanala ağır cəza kəsildi.

1news.az haber7.com portalına istinadən xəbər verir ki, Türkiyənin “Akit TV” kanalı Cumhuriyyətin banisi Mustafa Kamal Atatürkü təhqir etdiyinə görə cəzalandırılıb.

Məlumata görə, “Akıt TV”-də noyabrın 10-da (M.K.Atatürkün vəfatı günü) yayımlanan “Zülm 1938-də bitdi” xəbəri Türkiyənin ilk prezidentinə qarşı təhqir kimi qiymətləndirilib.

Bu məsələni təcili müzakirəyə çıxaran Televiziya və Radio Üst Qurumu (RTÜK) “Akıt TV”-nin qanunvericiliyin tələblərindən kənara çıxdığı barədə qərar verib.

Qərara əsasən, qanunu pozduğu üçün “Akıt TV”-yə xəbərdarlıq edilib və pul cəzası kəsilib.

Telekanal bir il ərzində yenidən eyni pozuntuya yol verərsə, o zaman “Akıt TV” qapadılacaq.

Qeyd edək ki, “Akıt TV” Türkiyədə radikal dinçi dairələrin əsas ruporlarından biridir.

Paylaş:
1272

Son xəbərlər

Bütün xəbərlər