Sosial şəbəkələrdə babasının medallarını iPhone-a dəyişən qızı tənbeh etdilər
Sosial şəbəkələrdə babasının hərbi medallarını smartfona dəyişən qızın yazdığı ismarışa hiddət yağdıranların sayı 4 mini keçib.
1news.az Lifenews-a istinad edərək bildirir ki,virtual məkanda Moskvadan olan 24 yaşlı Veronika Krılovanın ətrafında qalmaqal yaranıb.
Belə ki, o, noyabrın 11-də vəfat etmiş babasının müharibə mükafatlarını satmaq və ya iPhone mobil telefonuna dəyişmək üçün “V kontakte” sosial şəbəkəsində ismarış paylaşıb. Krılova qeyd edib ki, iPhone 5 ağ rəngli olmalıdır. Eyni zamanda o, medalları40 min Rus rubluna nağd ödəməyi də təklif edib.
İnternet istifadəçiləri ismarışa o dəqiqə reaksiya göstərərək, Krılovaya lənətlər yağdırıblar və ismarışı silməyi tələb ediblər. Qızın öz sosial hesabındakı telefon nömrəsinə zəng çatmayıb. Telefona bir dəfə zəng çatıb ki, onu da kişi istifadəçi açıb. Bundan sonra hamı V.Krılovanın real şəxsiyyət olmasına şübhə edib. Onların fikrincə bu ismarışı internet-trollar yaradaraq, cəmiyyətdə hiddət yaranmasına şərait yaradıblar.
1news.az