Bakı Dövlət Universitetinin yataqxanasında yanğın baş verib
![Bakı Dövlət Universitetinin yataqxanasında yanğın baş verib](/images/articles/2015/12/02/thumb_20151202014212219.jpg?2021-02-17+09%3A23%3A32)
Bakıda yanğın hadisəsi qeydə alınıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Yasamal rayonunda Təhsil Nazirliyinə məxsus Bakı Dövlət Universitetinin 8 saylı 9 mərtəbəli yataqxana binasında baş verib.
Nəticədə, binanın 6-cı mərtəbəsində dəhlizə yığılmış taxta materialları 45 kv.m sahədə, dəhlizin və digər 2 otağın giriş qapısı yanıb. Otaqlar və binanın qalan hissəsi yanğından mühafizə olunub.
487