Sevdiyi qızı qətlə yetirən gəncə 20 il cəza verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevdiyi qızı qətlə yetirən gəncə 20 il cəza verildi

15:43 - 20 / 11 / 2015
Sevdiyi qızı qətlə yetirən gəncə 20 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi 11 sinif şagirdi Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

1news.az-ın məlumatına görə, Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin nümayəndəsi Xədicə Şirinova çıxış edərək bildirib ki, təqsirləndirilən sanksiya üzrə ən ağır cəzaya məhkum edilməsini məhkəmədən xahiş edib.

İzzət Hüseynovun vəkili çıxış edərək bildirib ki, müdafiə elədiyi şəxsin ilk cinayət hadisəsini törətdiyini və elədiyi əməli səmimi etiraf etdiyi üçün nisbətən yüngül cəza verməyini məhkəmədən xahiş edib.

İzzət Hüseynov məhkəmədə son söz deyib: O, törətdiyi əməldən peşman olduğunu bildirib: “Hər gün onu düşünürəm. Mən də istəməzdim belə olsun. Mən də hər gün ölürəm. Əzab içində yaşayıram”.

Məhkəmə hökm qəbul edib. İzzət 20 il müddətinə azadlıqdan məhrun edilib.

Xatırladaq ki, bu 2015-ci ilin aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib.

Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.

1news.az

Paylaş:
590

Son xəbərlər

Bütün xəbərlər