«Qarabağ» – «Tottenhem» matçının biletləri satışda

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Tottenhem” (İngiltərə) qarşılaşmasının biletləri satışa çıxıb.
Sportbox.az-ın məlumatına görə, noyabrın 26-da saat 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək qarşılaşmanın biletlərinin adıçəkilən arenanın kassalarından əldə edə bilərsiz.
Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1,2,5,10 AZN üzrə dəyişir. VİP sektor 50 AZN-dir.
“Qarabağ” futbol klubu azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə kassalardan məhz göstərilmiş qiymətlərlə alasınız. Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satılır.
Sportbox.az
1290