Röyadan homoseksuallara dəstək
Yaxın günlərdə azərbaycanlı müğənni Röyanın şəkilləri Türkiyənin “G Mag” adlı ən məşhur LGBT jurnalında görünəcək.
1news.az xəbər verir ki, müğənninin fotosessiyası üzərində işləyən komanda tərəfindən Instagram-da video və fotolar yerləşdirilib.
Röyanın “G Mag” jurnalı üçün şəkillərini fashion fotoqraf Mehmet Erol çəkib.
Qeyd edək ki, “G Mag” jurnal kimi yayımlanmaqla yanaşı, həm də elektron versiyada da təqdim edilir. Bu dərgi Türkiyənin homoseksuallardan bəhs edən yeganə "lifestyle" jurnalıdır.
1news.az
777