İngiltərədə bakılı uşaqların “Bir dəfə Londonda” adlı rəsm sərgisi keçirilib
Londondakı “Nancy&Victor” qalereyasında “Bir dəfə Londonda” adlı sərgi keçirilib.
1news.az-ın verdiyi xəbərə görə, sərgidə Bakıdakı “Art Corner” studiyasında məşğul olan uşaqların rəsm əsərləri nümayiş etdirilib.
“Art Corner”in yeddi iştirakçısı Böyük Britaniya paytaxtına səfər çərçivəsində studiyanın direktoru Səfiyyə Mirbabayevanın və kurator Əsmər Nərimanbəyovanın rəhbərliyi altında Britaniya muzeyinin zallarında, Londonun parklarında, küçə və meydanlarında, həmçinin mənzərəli şəhərətrafı rayonlarında, hətta şəhər metrosunda təşkil olunan sərgi üçün rəsmlər hazırlayıblar.
Sərginin bütün iştirakçılarına “Nancy&Victor” qalereyasının sertifikatları təqdim edilib.
1news.az
572