Türk rejissorun filmi Avropa Parlamentinin “Lüks Mükafatı”na layiq görüldü | 1news.az | Xəbərlər
Mədəniyyət

Türk rejissorun filmi Avropa Parlamentinin “Lüks Mükafatı”na layiq görüldü

09:57 - 25 / 11 / 2015
Türk rejissorun  filmi Avropa Parlamentinin “Lüks Mükafatı”na layiq görüldü

Bu gün Avropa Parlamentinin Strasburqda keçirilən növbəti sessiyasında qurumun kinemotoqrafiya sahəsindəki “Lüks Mükafatı”-nın qalibi müəyyən olunub.

1news.az xəbər verir ki, APA-nın Avropa müxbirinin məlumatına görə, 2015-ci ilin bu mükafatı türkiyəli qadın rejissorun “Mustanq” filminə verilib. Sözügedən film zorla ərə verilmiş beş bacının həyatından bəhs edir.

Qeyd edək ki, finala 2 film çıxıb və qalib Avropa Parlamenti deputatları tərəfindən səsvermə nəticəsində məlum olub. Mükafatı filmin rejissoru Deniz Qamzə Ergüvənə Avropa Parlamentinin sədri Martin Şults təqdim edib.

Paylaş:
682

Son xəbərlər

Bütün xəbərlər