Bakıda zərif cinsin nümayəndələrinə həsr olunmuş sərgi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda zərif cinsin nümayəndələrinə həsr olunmuş sərgi açılıb

09:20 - 03 / 12 / 2015
Bakıda zərif cinsin nümayəndələrinə həsr olunmuş sərgi açılıb

Dekabrın 2-də “Abşeron” qalereyasında Rəhim Həşimovun “Femina” adlı fərdi sərgisi açılıb. “Arts Council Azerbaijan”ın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən bu sərginin kuratoru Nurziyə Xəlilovadır.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, Rəhim Həşimov Amadeo Modilyani, Qustav Klimt, Anri Matiss kimi rəssamların əsərlərindən ilhamlanaraq portretlər yaradır.

R.Həşimov deyib:

“Hər rəssam istəyir ki, gözəl olanı əks etdirsin. Kimsə bunu mənzərə, kimsə natürmort yaradaraq həyata keçirir, mən isə qadın portreti çəkirəm. Axı qadın ən gözəl xilqətdir, özü də təkcə zahirən deyil, mənən də gözəldir”.

Rəssamın bir sıra kollektiv sərgilərdə iştirak edib, əsərləri mühüm vernisajlarda nümayiş olunub. R.Həşimov fərdi sərgisinin açılacağını özünə böyük şərəf bilir.

Rəhim Həşimov 1979-cu ildə Sumqayıtda doğulub. Uşaq vaxtından şəkil çəkməyə maraq göstərən rəssam incəsənət məktəbini qurtarıb. Lakin tale elə gətirib ki, o, həkim olub. Sumqayıtın təcili tibbi yardım xəstəxanasında on illik həkim-travmatoloq stajı Rəhim Həşimova asudə vaxtlarını fırça və rənglər dünyasına həsr etməyə mane olmur.

Sərgi böyük maraqla qarşılanıb.

2016-cı il yanvarın 10-dək davam edəcək sərgiyə giriş sərbəstdir.

1news.az

Paylaş:
882

Son xəbərlər

Bütün xəbərlər