Nataliya Oreyro: “Azərbaycanlı pərəstişkarlarıma solo-konsert verməyə hazıram” | 1news.az | Xəbərlər
Mədəniyyət

Nataliya Oreyro: “Azərbaycanlı pərəstişkarlarıma solo-konsert verməyə hazıram”

17:25 - 25 / 11 / 2015
Nataliya Oreyro: “Azərbaycanlı pərəstişkarlarıma solo-konsert verməyə hazıram”

Dünyada məşhur uruqvaylı aktrisa və müğənni Nataliya Oreyro Azərbaycanda konsert vermək istədiyini deyib.

1news.az  Gün.Az-a istinadən  xəbər verir ki, bir neçə gün öncə Sankt-Peterburqda keçirilən “Супердискотека 90-х” - Радио Рекорд” adlı layihə çərçivəsində səhnəyə rusların milli baş örtüsü “kokoşnik”lə çıxan müğənni, daha sonra həmyerlimiz Məhərrəm Məhərrəmovla görüşüb.

Oxucularımıza bildirək ki, M.Məhərrəmov gənc rəssamdır. O, həmçinin Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. M.Məhərrəmov “Natalia Oreiro Azerbaycan official” fan klubunun rəhbəridir.

M.Məhərrəmov saytımıza açıqlamasında bildirib ki bu, N.Oreyro ilə sayca üçüncü görüşüdür.

“Nataliya məni azərbaycanlı nümayəndə kimi çox səmimi və mehriban qarşıladı. Ölkəmizlə bağlı məlumatının olduğunu, buradakı pərəstişkarlarından tez-tez məktublar aldığını dedi.Çox səmimi, gülərüzlü, zarafatcıl insandır. Mən Azərbaycanımızın simvolu olan, üzərini özüm işlədiyim armudu stəkan və Qız qalası suvenirini ona hədiyyə etdim. Böyük maraq hissi ilə hədiyyələrlə bağlı suallar verdi, cavabımı diqqətlə dinlədi.

Ona Azərbaycanla bağlı fotolar göstərdim, adət-ənənələrimizdən danışdım. O, “Çox xoşbəxtəm ki, dünyanın hər yerindən məni sevənlər  var. Bu da mənə güc verir, böyük məmnuniyyətlə azərbaycanlı pərəstişkarlarımın mənə olan sevgi rəğbətinə cavab olaraq, onlar üçün solo-konsert verməyə hazıram” - deyə, bildirdi”.

Qeyd edək ki, “Vəhşi mələk”, “Varlılar və məşhurlar” və “Modellər - 90-60-90” seriallarındakı obrazları ilə sevilən sənətçi

M.Məhərrəmov tərəfindən yaradılan “Natalia Oreiro Azerbaycan official” fan klub üzvlərinə salam göndərib, avtoqraf verərək, Azərbaycanla bağlı xoş fikirlərini yazıb.

Paylaş:
999

Son xəbərlər

Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində - FOTO11 / 12 / 2024, 17:59Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib11 / 12 / 2024, 17:42Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi növbəti beynəlxalq mükafatlara layiq görülüblər11 / 12 / 2024, 17:35Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb11 / 12 / 2024, 17:25Göyçayda ev yanıb11 / 12 / 2024, 17:18Yeni destinasiyalar, gözlənilən turistlər, potensial - Azərbaycanda qış turizminə hazırlıq hansı mərhələdədir?11 / 12 / 2024, 16:56“Ulu Öndər bizə müstəqil Azərbaycan kimi zəngin bir irs qoyub” - Nigar Məmmədova11 / 12 / 2024, 16:55Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıda fanatları ilə - FOTO - YENİLƏNİB11 / 12 / 2024, 16:49Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib11 / 12 / 2024, 16:35Deputat: “Heydər Əliyevin onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq”11 / 12 / 2024, 16:14Ceyhun Bayramovla Hakan Fidan Suriya məsələsini müzakirə ediblər11 / 12 / 2024, 16:08Lionel Messi: “Bakı, səmimi qarşılanmaya görə çox sağ ol” - VİDEO11 / 12 / 2024, 15:49Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi11 / 12 / 2024, 15:34“Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib - FOTO11 / 12 / 2024, 15:30ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!11 / 12 / 2024, 15:27Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır11 / 12 / 2024, 15:06Prezident AÇG ilə bağlı qanunu təsdiqləyib11 / 12 / 2024, 14:55Gəncədə eyni kəsişmədə yenidən yol qəzası olub11 / 12 / 2024, 14:33Binəqədidə 2700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb11 / 12 / 2024, 14:15Səhiyyə Nazirliyində UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib11 / 12 / 2024, 13:54
Bütün xəbərlər