Dilçilik İnstitutu: ““Qaynar xətt" 24 saat fasiləsiz işləyəcək” | 1news.az | Xəbərlər
Mədəniyyət

Dilçilik İnstitutu: ““Qaynar xətt" 24 saat fasiləsiz işləyəcək”

15:31 - 25 / 11 / 2015
Dilçilik İnstitutu: ““Qaynar xətt" 24 saat fasiləsiz işləyəcək”

Bu haqda Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli məlumat verib.

1news.az "Report"a istinadən xəbər verir ki,  Q. Məhərrəmli deyib:  “Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və Yasamal Telefon Qovşağının mütəxəssislərinin iştirakı ilə sistem quraşdırılır: "Növbəti günlərdə xətti sınaqdan keçirəcəyik və gələn həftə ictimaiyyətə təqdim olunacaq".

Şöbə müdirinin sözlərinə görə, "Qaynar xətt" yeddirəqəmli və avtomatik sistem olacaq: ""Qaynar xətt" 24 saat fasiləsiz işləyəcək. Gələn zənglərin bəziləri dərhal cavablandırılacaq, elə suallar da var ki, onlar araşdırılıb, öyrənildikdən sonra cavab veriləcək. Bütün zənglər qeydiyyata alınacaq. Zənglərin günlük, həftəlik, aylıq statistikası aparılacaq. Sistemə daxil olan zənglərin statistikasını ictimaiyyətə təqdim etmək üçün Dilçilik İnstitutunun saytında (www.dilcilik.org) onlayn xətt fəaliyyət göstərəcək".

Q.Məhərrəmli həmçinin qeyd edib ki, "Qaynar xətt"in yaradılmasında məqsəd əhalini, ictimaiyyəti dil nöqsanlarının aradan qaldırılmasına cəlb etməkdir: "İnsanlar küçədə, televiziyada, reklamlarda, afişalarda gördükləri dil xətaları ilə bağlı "Qaynar xətt"ə məlumat verə biləcəklər".

Qeyd edək ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramında Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə "Qaynar xətt"in yaradılması nəzərdə tutulub.

Paylaş:
1267

Son xəbərlər

Hikmət Hacıyev: Qafqazda iqlim dəyişikliyinin təsirləri haqqında faydalı hesabata görə UNEP-ə minnətdarıqBu gün, 17:45Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcəkBu gün, 17:39Media nümayəndələri üçün COP29 ərəfəsində seminar keçirilib - FOTOBu gün, 17:22Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıbBu gün, 17:20Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdurBu gün, 17:12“Azəriqaz” COP29 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçibBu gün, 16:52Azərbaycanda bələdiyyə seçkiləri nə zaman keçirilə bilər? - MSK sədri açıqladıBu gün, 16:26İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisinin açılışı baş tutub - FOTOBu gün, 16:13Əli Əsədov KAICIID-in Baş katibi ilə görüşübBu gün, 16:08Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEOBu gün, 16:07Tramp qələbə qazandığını elan edibBu gün, 15:51COP29-la əlaqədar Bakı metropolitenində qərargah fəaliyyət göstərəcəkBu gün, 15:44Bakı metrosunun iş rejimi COP29 zamanı dəyişdiriləcəkBu gün, 15:31Azərbaycanın turizm imkanları Londonda nümayiş etdirilirBu gün, 15:25“Kartdan karta” üsulu ilə işləyən daha 120 sahibkara maliyyə sanksiyası tətbiq edilibBu gün, 15:13COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradılıbBu gün, 14:58Prezident: Azərbaycan ABŞ ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verirBu gün, 14:488 Noyabr prospekti bu gecədən bağlanırBu gün, 14:36Azərbaycan Prezidenti Donald Trampı təbrik edibBu gün, 14:20Bişkekdə 4SİM-in təşəbbüsü ilə hazırlanan Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi (DEPA) imzalanıbBu gün, 13:58
Bütün xəbərlər