Kapital Bank yaşıllaşdırma hərəkatına başlayır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank yaşıllaşdırma hərəkatına başlayır

11:57 - 26 / 11 / 2015
Kapital Bank yaşıllaşdırma hərəkatına başlayır

Kapital Bank Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində Azərbaycanın bir sıra bölgələrində “Yaşıl ölkəm - bu gün əkdiyimiz ağac, sabah aldığımız bir nəfəsdir” devizi altında genişmiqyaslı yaşıllaşdırma aksiyaları təşkil edir.

1news.az Gün.Az-a istinadən xəbər verir ki, bu həftə Kapital Bankın dəstəyi ilə Salyan, Ucar, Kürdəmir rayonları və Gəncə şəhərində ağacəkmə kampaniyaları keçiriləcək.

Kapital Bank əməkdaşlarının iştirakı ilə aparılacaq yaşıllaşdırma işləri müxtəlif parkları və yolkənarı boyu yerləşən böyük əraziləri əhatə edəcək.

Həmin sahələrdə bölgələrin iqliminə və hava şəraitinə xas müxtəlif növ ağacların  əkilməsi planlaşdırılır. Yaşıllaşdırma kampaniyasının məqsədi ölkəmizdə təbiətin və ekoloji mühitin mühafizəsinə töhfə vermək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir.

Qeyd edək ki, Kapital Bank tərəfindən yaşıllaşdırma tədbirlərinin  davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 89 filialı və 5 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Kapital Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı “eManat” və “MilliÖn” terminallarında, habelə Kapital Bankın filiallarında və pay.kapitalbank.az  saytında  həyata keçirə bilərlər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Paylaş:
640

Son xəbərlər

Bütün xəbərlər