Latviya İqtisadiyyat naziri :"Bakı-Tiflis-Qars dәmir yol xәtti Azәrbaycanı regional nәqliyyat mәrkәzinә çevirәcәk" | 1news.az | Xəbərlər
İqtisadiyyat

Latviya İqtisadiyyat naziri :"Bakı-Tiflis-Qars dәmir yol xәtti Azәrbaycanı regional nәqliyyat mәrkәzinә çevirәcәk"

16:24 - 27 / 11 / 2015
Latviya İqtisadiyyat naziri :"Bakı-Tiflis-Qars dәmir yol xәtti Azәrbaycanı regional nәqliyyat mәrkәzinә çevirәcәk"

Yaxşı siyasi münasibәtlәr biznes əlaqələrinin inkişafı üçün qırmızı xalçadır. Latviya-Azәrbaycan münasibәtlәri inkişaf edir.

1news.az  APA-ya istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Latviyanın iqtisadiyyat naziri Dana Reyzinietae Ozola deyib.  

Onun sözlәrinә görә, ötәn il iki ölkә arasında ticarәt dövriyyәsinin həcmi azalaraq 33 milyon avro təşkil edib.

O, deyib ki,  əslindә bu yaxşı göstәricidir:

"Amma düşünürәm ki, artım üçün perspektivlər var. Rusiyaya tәtbiq edilәn sanksiyalar vә böhran bizә tәsir edib.

Şirkәtlәrimiz yeni yollar, yeni bazarlar tapmalıdır. Azәrbaycan perspektivli variantlardan biridir. Bakı-Tiflis-Qars dәmir yol xәtti Azәrbaycanı regional nәqliyyat mәrkәzinә çevirәcәk".

Paylaş:
503

Son xəbərlər

Bütün xəbərlər