Azərbaycan Mərkəzi Bankı “kiçik biznes üçün innovativ bankçılıq xidmətləri” seminarı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı “kiçik biznes üçün innovativ bankçılıq xidmətləri” seminarı

15:51 - 27 / 11 / 2015
Azərbaycan Mərkəzi Bankı “kiçik biznes üçün innovativ bankçılıq xidmətləri” seminarı

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən “Kiçik və orta ölçülü müəssisələr (KOM) üçün innovativ bankçılıq xidmətləri” mövzusunda birgə seminar keçirilmişdir.

1news.az  marja.az saytına istinadən xəbər verir ki, seminarda BMK və Mərkəzi Bankın mütəxəssisləri tərəfindən bankların nümayəndələrinə kiçik və orta ölçülü müəssisələrə kreditlərin ayrılmasına dair qabaqcıl təcrübə haqqında təqdimatlar keçirilmişdir.

Təqdimat zamanı KOM-ların maliyyələşdirməsinə aid bütün önəmli sahələrə, o cümlədən dayanıqlı biznes modeli və düzgün məhsul dizaynı, geniş satış kanalları və effektiv risk menecmentinə müfəssəl yanaşmanın əhəmiyyəti xüsusi vurğulanmış, yeni iş yerlərinin və iqtisadi diversifikasiyanın təmin olunması üçün Azərbaycanda kiçik biznesin maliyyələşməyə çıxışının genişləndirilməsi perspektivləri müzakirə edilmişdir.

Bundan əlavə, BMK-nin ekspertləri korporativ idarəetmə və risk menecmentinin təkmilləşdirilməsi və KOM üçün yeni maliyyələşmə alətlərinin inkişaf etdirilməsi barədə təcrübələrini bölüşərək dəyər zənciri maliyyələşməsi, rəqəmsal maliyyə xidmətləri, aqro-maliyyə, daşınar əmlak əsaslı kreditləşmə və bərpa olunan enerji maliyyələşməsi barədə məlumat verilmişdir.

Seminarda bankların, o cümlədən Azərbaycan Banklar Assosiasiyası və Bank Tədris Mərkəzinin nümayəndələri, habelə Mərkəzi Bankın aidiyyəti struktur bölmələrinin əməkdaşları iştirak etmişdir.

Paylaş:
1112

Son xəbərlər

Bütün xəbərlər