Çempionlar Liqası: Daha 6 komanda növbəti mərhələyə adladı
UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turunun növbəti oyunları keçirilib.
1news.az-ın Sportbox.az-a istinadən verdiyi xəbərə görə, ikinci oyun günündə azarkeşlər A, B, C və D qruplarında baş tutan 8 qarşılaşmaya şahidlik ediblər.
A qrupunun lideri “Real” səfərdə “Şaxtyor”a 4:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Səfərdə “Malmö”nü darmadağın edən PSJ də sona bir tur qalmış növbəti mərhələyə çıxışı təmin edib.
B qrupunda Moskva MOİK-i evdə “Volfsburq”a uduzub. “Mançester Yunayted” isə PSV-ninin müqavimətini qıra bilməyib. Bu qrupda bütün nəticələr son turdan sonra bəlli olacaq.
C qrupunda “Astana” ilə “Benfika” meydandan sülhlə ayrılıblar. “Qalatasaray” isə səfərdə “Atletiko”ya 0:2 hesabı ilə məğlub olub. Bu nəticələrlə “Benfika” və “Atletiko” adlarını növbəti mərhələyə çıxan komandaların siyahısına yazdırıblar.
D qrupunda da iki komanda vaxtından əvvəl növbəti mərhələyə vəsiqə qazanıb. Evdə “Mançester Siti”ni minimal hesabla məğlub edən “Yuventus”la yanaşı, məğlub olmağına baxmayaraq İngiltərə klubu da növbəti mərhələyə adlayıb.
Qrupun digər oyununda Münhenqladbax “Borussiya”sı “Sevilya”nı məğlub etsə də, bunun almanlara xeyri olmayıb.
UEFA Çempionlar Liqası, qrup mərhələsi
V tur
25 noyabr
A qrupu
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Real” (Madrid, İspaniya) - 3:4
Qollar: Teyşeyra, 77, 88, Dentinyo, 83 - Ronaldo, 18, 70, Modriç, 50, Karvaxal, 52
“Malmö” (İsveç) - PSJ (Fransa) - 0:5
Qollar: Rabiot, 4, Di Mariya, 14, 68, İbrahimoviç, 50, Lukas, 82
1. |
Real Madrid |
5 |
4 |
1 |
0 |
11:3 |
13 |
2. |
PSJ |
5 |
3 |
1 |
1 |
10:1 |
10 |
3. |
Şaxtyor |
5 |
1 |
0 |
4 |
7:12 |
3 |
4. |
Malmö |
5 |
1 |
0 |
4 |
1:13 |
3 |
B qrupu
MOİK (Moskva, Rusiya) – “Volfsburq” (Almaniya) - 0:2
Qol: Şürrle, 67, 88
“Mançester Yunayted” (İngiltərə) - PSV (Hollandiya) - 0:0
1. |
Volfsburq |
5 |
3 |
0 |
2 |
6:4 |
9 |
2. |
Mançester Yunayted |
5 |
2 |
2 |
1 |
5:4 |
8 |
3. |
PSV |
5 |
2 |
1 |
2 |
6:6 |
7 |
4. |
MOİK |
5 |
1 |
1 |
3 |
4:7 |
4 |
C qrupu
“Astana” (Qazaxıstan) – “Benfika” (Portuqaliya) - 2:2
Qollar: Tvumasi, 19, Anicic, 31 - Ximenes, 40, 73
“Atletiko” (Madrid, İspaniya) – “Qalatasaray” (Türkiyə) - 2:0
Qollar: Qrizman, 11, 63
1. |
Atletiko |
5 |
3 |
1 |
1 |
9:2 |
10 |
2. |
Benfika |
5 |
3 |
1 |
1 |
9:6 |
10 |
3. |
Qalatasaray |
5 |
1 |
1 |
3 |
5:9 |
4 |
4. |
Astana |
5 |
0 |
3 |
2 |
4:10 |
3 |
D qrupu
“Yuventus” (İtaliya) – “Mançester Siti” (İngiltərə) - 1:0
Qol: Mancukiç, 18
“Borussiya” (Münhenqladbax, Almaniya) – “Sevilya” (İspaniya) - 4:2
Qol: Stindl, 29, 83, Conson, 68, Rafael, 78 - Vitolo, 82, Baneqa, 90+1
1. |
Yuventus |
5 |
3 |
2 |
0 |
6:2 |
11 |
2. |
Mançester Siti |
5 |
3 |
0 |
2 |
8:6 |
9 |
3. |
Borussiya M |
5 |
1 |
2 |
2 |
6:8 |
5 |
4. |
Sevilya |
5 |
1 |
0 |
4 |
7:11 |
3 |
1news.az