Millimizə məğlub olan Rusiya yığmasının baş məşqçisi istefaya göndərildi | 1news.az | Xəbərlər
Futbol

Millimizə məğlub olan Rusiya yığmasının baş məşqçisi istefaya göndərildi

10:21 - 26 / 11 / 2015
Millimizə məğlub olan Rusiya yığmasının baş məşqçisi istefaya göndərildi

Rusiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Dmitri Xomuxa istefaya göndərilib.

1news.az-ın Sportbox.az-a istinadən verdiyi xəbərə görə, AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına Bakıda 0:3 hesablı məğlubiyyət Xomuxanın işindən azad olunması ilə nəticələnib.

Rusiya Futbol Federasiyasının İcraiyyə Komitəsi bunu uğursuzluq kimi qəbul edib və məşqçilər korpusunun istefaya göndərilməsini qərara alıb. Yeni baş məşqçinin kimliyi hələ məlum deyil.

1news.az

 

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər