“Qanlı Yanvar” filminin Estoniyadakı festivalda diploma qazanıb
Azərbaycanın müstəqillik tarixindən və milli azadlıq uğrunda mübarizəsindən bəhs edən kinorejissor Vahid Mustafayevin ekranlaşdırdığı “Qanlı Yanvar” filminin Estoniyada nümayişi maraqla qarşılanaraq daha bir diploma layiq görülüb.
1news.az ANSPRESS- ə istinadən xəbər verir ki, “Qanlı Yanvar” filminin rejissoru Vahid Mustafayev Estoniyanın birinci dövlət kanalına müsahibə verib. Rejissor müsahibəsində filmin mövzusu olan 20 Yanvar hadisələrindən söz açaraq diqqəti bir daha Azərbaycanın tarixi həqiqətlərinə yönəldib.
Qeyd edək ki, 19-cu “Black nights” beynəlxalq film festivalı çərçivəsində nümayiş olunan 3 tarixi filmdən biri olan “Qanlı Yanvar” filmi postsovet ölkələrinin həqiqətlərinin çatdırılması üzrə diploma layiq görülüb.
Filmin tamaşaçıların istəyi ilə noyabrın 27 və 28-də nümayiş olunacağı gözlənilir.