Aleksandr Novak: "Neftin ortamüddətli perspektivdə qiyməti 50-60 dollar olacaq"

Dünya bazarında ortamüddətli perspektivdə neftin bir barelinin qiyməti 50-60 ABŞ dolları olacaq.
1news.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak proqnozlaşdırır.
"Qiymətlərə müxtəlif amillər təsir edir. Mənim fikrimcə, ortamüddətli perspektivdə neftin bir barelinin qiyməti 50-60 dollar təşkil edəcək. Amma əgər tələb-təklif balansında tələb artarsa, qiymət yüksələ bilər. Bu variant da istisna olunmur. Lakin bununla bağlı proqnoz vermək istəmirəm", - deyə energetika naziri əlavə edib.
806