Bakıda “Türkiyə filmləri həftəsi” keçiriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Bakıda “Türkiyə filmləri həftəsi” keçiriləcək

13:13 - 07 / 12 / 2015
Bakıda “Türkiyə filmləri həftəsi” keçiriləcək

Azərbaycan paytaxtında “Türkiyə filmləri həftəsi” keçiriləcək.

1news.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək layihə dekabrın 7-dən 12-dək davam edəcək. 

Layihə çərçivəsində 9 tammetrajlı bədii film və bir sənədli film nümayiş olunacaq, yaradıcı heyət kinosevərlərin qarşısında çıxış edəcək.

“Türkiyə filmləri həftəsi”ndə “Uzun hekayə”, “Bir zamanlar Anadoluda”, “The İmam”, “Lal gecə” və başqa ekran əsərləri təqdim olunacaq.

Paylaş:
792

Son xəbərlər

Bütün xəbərlər