Terrorçuluqla məşğul olanlar Azərbaycan vətəndaşlığından çıxarılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Terrorçuluqla məşğul olanlar Azərbaycan vətəndaşlığından çıxarılacaq

13:56 - 04 / 12 / 2015
Terrorçuluqla məşğul olanlar Azərbaycan vətəndaşlığından çıxarılacaq

4 dekabr, 13.56 – cəmiyyət

Azərbaycanda terrorda iştirak etmək, konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi vətəndaşlığın itirilməsi ilə nəticələnəcək.

1news.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavələr edilib.

Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan əlavələr layihəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilib.

Əlavəyə görə, vətəndaş dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilik zəminində dini məzhəblərini yayarsa, dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak edərsə, həmin fəaliyyətə digər şəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsa vətəndaşlıqdan məhrum ediləcək.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq qəbul edilib. 

1news.az

Paylaş:
451

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

25 / 01 / 2025, 13:59

Bərdədə qadın intihar edib

25 / 01 / 2025, 11:50
Bütün xəbərlər