Bakı Metropoliteni sərnişinlər üçün konsert verib –FOTO-VİDEO
Bir qrup gənc Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Bakı Metropolitenində maraqlı və kreativ aksiya həyata keçiriblər.
Bu barədə 1news.az-a Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, konsert metronun “28 May” stansiyasında təşkil olunub.
Azərbaycan Gənclər Fondunun təşkil etdiyi bulayihənin məqsədi Üzeyir Hacıbəyovun 130 illik yubileyini əbədiləşdirmək, onun əsərlərini cəmiyyətə tanıtmaq və kreativ şəkildə dahi şəxsiyyəti yad etmək olub.
Xatırladaq ki, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə dünyaya gəlib. Şərqdə ilk operanın və hazırda Azərbaycan Respublikasının dövlət himninin müəllifidir.
Layihə metro istifadəçiləri və cəmiyyət tərəfindən çox böyük təəccüb və maraqla qarşılanıb.