Ceyms Uorlik Azərbaycanla Ermənistan prezidentlərinin dekabrda baş tutacaq görüşü haqqında

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan dekabrda görüşə bilərlər, bunun üçün hazırlıqlar gedir.
1news.az xəbər verir ki, bu barədə cümə günü ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Biz Azərbaycanla Ermənistan prezidentlərinin bu ayın sonunda keçiriləcək görüşünə yüksək səviyyədə hazırlığa doğru irəliləyirik”, - cümə günü Uorlik Twitter səhifəsində yazıb.
Daha öncə Azərbaycan və Ermənistan rəhbərlərinin Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində dekabrın əvvəlində görüşə biləcəkləri barədə məlumat yayılmışdı.
670