“Günəşli”də itkin düşən 22 yaşlı Tural | 1news.az | Xəbərlər
Cəmiyyət

“Günəşli”də itkin düşən 22 yaşlı Tural

10:47 - 06 / 12 / 2015
“Günəşli”də itkin düşən 22 yaşlı Tural

Xəbər verdiyimiz kimi, dekabrın 4-də “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın baş verib.

1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, SOCAR-ın itkin düşənlər siyahısında 33 nəfərin adı var. Onlardan ən böyüyünün 62, ən kiçiyinin isə 22 yaşı var.

Digər işçilər kimi, elə ən kiçik yaşlı neftçinin də ailəsi narahatdır. Onun bacısı Nigar xanım insanlardan qardaşı ilə bağlı ən adi informasiya almaq ümidilə onlara müraciət edib:

“Dostlar, mənim ailəmdə çətinlik var. “Günəşli” yatağındakı yanğın bizim ailədən də yan keçmədi. Mənim qardaşım 1993-cü il təvəllüdlü Babazadə Tural bu talesiz platformada işləyirdi. Onun adı itkin düşənlərin rəsmi siyahısında yer alıb. Bizim onun haqda bildiyimiz bütün informasiya da bununla yekunlaşır. O və onun kolleqaları haqda heç bir məlumat ala bilmirik. Xahiş edirəm, bacardığınız qədər bu şəkli paylaşın, bəlkə necəsə, hansısa yolla məlumat əldə edə bildik. Hər növ xəbərə görə təşəkkür edəcəyik...”

Qeyd edək ki, hadisədə xilas edilənlər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Xəstəxana rəhbərliyi onların vəziyyətinin hazırda normal olduğunu bildirir.

1news.az

Paylaş:
439

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər