Polislər intihar etmək istəyən qadını xilas etdilər
İntihar etmək məqsədilə özünü su kanalına atan qadın xilas edilib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən Beyləqan rayonunun 1-ci Şahsevən kəndində qeydə alınıb.
Belə ki, kəns sakini Nərgiz Məmmədova intihar məqsədi ilə özünü “Xan qızı” su kanalına atıb.
Bunu görən polis əməkdaşları qadını sudan çıxararaq xəstəxanaya yerləşdiriblər.
N.Məmmədovanın intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
1news.az
698