Üzərinə dəmir boru düşən Sumqayıt sakini dünyasını dəyişdi
Sumqayıt sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən Abşeron rayonunun Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, “Azərsu” ASC-nin su anbarında qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımov üzərinə dəmir boru düşməsi nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
1news.az
604