Azərbaycanlılar “O səs Türkiyə”ni fəth etməkdə davam edir –VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycanlılar “O səs Türkiyə”ni fəth etməkdə davam edir –VİDEO

16:14 - 08 / 12 / 2015
Azərbaycanlılar “O səs Türkiyə”ni fəth etməkdə davam edir –VİDEO

Türkiyənin TV8 kanalında «The Voice» beynəlxalq musiqi layihəsinin Türkiyə variant olan “O Ses Türkiye” şousu yayımına davam edir.

Dinləmənin növbəti iştirakçısı azərbaycanlı xanım Leyla Rəhimova olub. O, seçim turu zamanı Selami Şahinin repertuarına daxil olan “Özledim” mahnısını ifa edib.

İfaçının səsinə bütün münsiflər – Xədicə, Ebru Gündeş, Murad Boz, Gökhan və Hakan Özoğuz dönərək onu öz komandalarında görmək istədiklərini bildirdi.

Lakin Leyla Rəhimova münsiflərdən Murad Bozu seçdi.

Digər azərbaycanlı müğənni Ravi Akper Sankt- Peterburqdan “O səs Türkiyə”yə qatılıb. O, dinləmələr zamanı Tofiq Quliyevin “Sənə də qalmaz” mahsını ifa edərək Ebru Gündeş və Murad Bozun simpatiyasını qazanıb.

Leyla Rəhimova kimi Ravi Əkbər də “O səs Türkiyə” layihəsində növbəti turlarda Murad Bozun komandasında çıxış edəcək.

1news.az

Paylaş:
1483

Son xəbərlər

Bütün xəbərlər