AMEA-da təşkil olunan sərgini uşaqlar ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AMEA-da təşkil olunan sərgini uşaqlar ziyarət edib - FOTO

21:17 - 08 / 12 / 2015
AMEA-da təşkil olunan sərgini uşaqlar ziyarət edib - FOTO

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elm və təhsilin inteqrasiyası istiqamətində tədbirlərini davam etdirir.

AMEA-nın 70 illik yubileyi çərçivəsində Əsas binada təşkil olunmuş sərgini paytaxtın 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova, məktəbin müəllim və şagird heyəti ziyarət edib.

AMEA-nın mətbuat xidmətindən verilən xəbərə əsasən, Akademiyanın 7 elmi bölməsinin tərkibinə daxil olan institut və təşkilatlar, regional elmi mərkəz və bölmələr, o cümlədən Rəyasət Heyətinin guşələrinə qoyulan eksponatlar şagirdlər tərəfindən maraqla qarşılanıb.

Bölmənin pavilyonunda təmsil olunan hər bir nümayəndə elmi müəssisənin strukturu ilə bağlı ətraflı məlumat verib, müəssisənin yaranma tarixindən danışıb. Sərgidə AMEA-nın elmi müəssisələrinin uzun illər əldə etdiyi nailiyyətlər, önəmli araşdırma nəticələri, elm sahələrinin müxtəlif tipli problemləri ilə əlaqədar aparılan tədqiqatlar, o cümlədən institut və təşkilatların fəaliyyətini əks etdirən azərbaycan, rus və ingilis dillərində bukletlər, kitablar və dəyərli nəşrlər barədə şagirdlərə məlumat verilib.

Elmin populyarlaşdırılması və şagirdlərin elmə marağının artırılması məqsədilə təşkil olunan tərbirdə sərginin rəhbəri, Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva bir müddət əvvəl Nobel mükafatı laureatı, professor Corc Ficerald Smut, Xəzər Strateji İnstitutunun (HASEN) baş katibi Haldun Yavaş, Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Əhməd Cavad Acar, Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralı, həmçinin bir çox yerli, xarici qonaqların sərgini ziyarətini və qonaqların böyük marağına səbəb olduğunu vurğulayıb.

AMEA-nın Əsas binasında qurulan sərgi pavilyonları masaüstü eksponat, institut və ya təşkilatın fəaliyyət istiqamətlərini əks etdirən nəşrlər, əlyazma və tərcümələr toplusu, bitki nümunələri və digər məhsullardan ibarətdir. Eyni zamanda sərgidə şagirdlərə Akademiyanın əldə etdiyi mühüm elmi nəticələr və uğurlu yeniliklərdən bəhs olunub. AMEA-nın Təcrübə Sənaye Zavodunun məhsulları məktəb şagirdlərinə nümayiş etdirilib.

1news.az

Paylaş:
701

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər