İranda “donuz qripi”ndən 33 nəfər ölüb
İranda “donuz qripi” epidemiyası nəticəsində 33 nəfər ölüb.
1news.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari bildirib.
Onun sözlərinə görə, 28 nəfər Kirman, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində həyatını itirib. Digər əyalətlərdə də xəstəliyə yoluxanlar var.
“Səhiyyə Nazirliyi xəstəliyin yaxın günlərdə ölkədə daha da yayıla biləcəyindən narahatdır”, - deyə Səyyari vurğulayıb.
1news.az
628