Səyyar ASAN xidmət Lökbatan qəsəbəsində | 1news.az | Xəbərlər
Cəmiyyət

Səyyar ASAN xidmət Lökbatan qəsəbəsində

12:33 - 08 / 12 / 2015
Səyyar ASAN xidmət Lökbatan qəsəbəsində

“ASAN xidmət”in səyyar avtobusları Lökbatan qəsəbəsində sakinlərə xidmət göstərməyə başlayıb.

Bu barədə 1news.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (Asaqn xidmət) məlumat veriblər.

Məlumata görə, 8-17 dekabr tarixlərində Səyyar ASAN xidmət Qaradağ rayonu Lökbatan qəsəbəsində Qaradağ rayonu sakinlərinə səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

  • Notariat fəaliyyəti;
  • Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
  • Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
  • Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
  • Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
  • Əmək pensiyalarının təyin edilməsi;
  • Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
  • Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
  • Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

1news.az

Paylaş:
655

Son xəbərlər

Bütün xəbərlər