ABŞ polisi eşşəyi həbs etdi
ABŞ polisi maraqlı hadisə ilə qarşılaşıb.
1news.az Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-ın Oklahoma ştatında yerləşən Norman şəhərindəki bir polis içsisi eşşəyin küçədə sahibsiz dolaşdığı xəbərinə görə hərəkətə keçib. Polisin itkin düşdüyü güman edilən eşşəyi tutub maşının arxa oturacağında oturtması görənləri çaşdırıb.
Hadisə ilə bağlı Norman şəhəri Polis Departamenti aşağıdakı açıqlamanı verib:
"Məmurlarımız vəzifə başında gözlənilməz hadisələrlə qarşılaşa bilir. Amma yenə də polis maşınının arxa oturacağında oturan bir eşşəyi görmək hər gün rastlaşdığınız bir hadisə deyil".
1news.az
939