Çində məşhur basketbolçunun qar üzərində portreti yaradılıb | 1news.az | Xəbərlər
Dünya

Çində məşhur basketbolçunun qar üzərində portreti yaradılıb

09:16 - 09 / 12 / 2015
Çində məşhur basketbolçunun qar üzərində portreti yaradılıb

Çinin Cilin əyalətində Beihua Universitetinin basketbol meydançasında məşhur ABŞ basketbolçusu Kobi Brayantın şərəfinə qardan nəhəng portret yaradılıb.

1news.az xarici mətbuata istinadla xəbər verir ki, beşqat NBA və ikiqat Olimpiya çempionu Kobi Brayant basketbolçu karyerasını bitirəcəyini açıqladıqdan sonra pərəstişkarı Vei Ksudonq bunu idmançıya xatirə jesti olaraq edib.

Beihua Universitetinin tələbəsi olan 21 yaşlı Vei basketbolçunu çox sevdiyini və onun karyerasını tərk edəcəyinə çox üzüldüyünü söyləyib. O, sinif yoldaşlarının və müəlliminin köməkliyi ilə dörd saat ərzində bu əsəri yarada bilib. Yerli televiziya və KİV-lər bu görüntünü yayıblar.

Kobi Brayant “Weibo“ sosial şəbəkəsi vasitəsilə “Əziz basketbol” başlıqlı məktub paylaşıb. Məktubda məşhur basketbolçu Çin xalqına minnətdarlığını bildirib. Veinin və onun dostlarını yaratdığı bu əsərin valehedici olduğunu xüsusi qeyd edib. Həmin şəbəkədə məktub 147 min dəfə təkrar paylaşılıb və 30 min müsbət şərh daxil olub.

Bir həftə əvvəl Vei öz dostları ilə elə həmin meydançada məşhur döyüş ustası və aktyoru Brüs Linin də qardan portretini hazırlamışdılar.

1news.az

Paylaş:
869

Son xəbərlər

Viktor Orban Azərbaycana səfər edəcəkBu gün, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıbBu gün, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edibBu gün, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİBBu gün, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıbBu gün, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edirBu gün, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıbBu gün, 16:41Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçibBu gün, 16:39Bu bölgələrdə 3 gün qaz olmayacaqBu gün, 16:17Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilirBu gün, 16:00Sevinc Fətəliyeva: “Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub”Bu gün, 15:53İraq nümayəndə heyəti Ali Məhkəmədə olubBu gün, 15:25Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya veribBu gün, 15:11“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var” - ŞƏRHBu gün, 15:01Azərbaycan XİN ABŞ-ni təbrik edibBu gün, 14:47“Wi-Fi üzərindən zəng” – “Bakcell” abonentlərə yeni innovativ xidmət təqdim etdiBu gün, 14:46Əhali Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini istəyir? - STM sorğu nəticələrini açıqladıBu gün, 14:36Prezident ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edibBu gün, 14:32Bakının Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir yekunlaşıb - FOTO - VİDEOBu gün, 14:21Əhməd Əhmədov yenidən məhkəmə qarşısında çıxarıldı - Özünü təqsirli bilib, ifadə vermədiBu gün, 13:54
Bütün xəbərlər