İran Türkiyəyə ixrac etdiyi təbii qazın həcmini yarıyadək azaldıb | 1news.az | Xəbərlər
Dünya

İran Türkiyəyə ixrac etdiyi təbii qazın həcmini yarıyadək azaldıb

10:11 - 09 / 12 / 2015
İran Türkiyəyə ixrac etdiyi təbii qazın həcmini yarıyadək azaldıb

İran Türkiyəyə verilən təbii qazın həcmini azaldıb.

1news.az -ın “Haberterk”ə istinadən xəbərinə görə, İrandan Türkiyəyə gündəlik nəql olunan 28-30 milyon kubmetr təbii qaz 14-15 milyon kubmetrə endirilib.

İran buna səbəb kimi havaların kəskin soyuması ilə əlaqədar daxili tələbatın artmasını göstərib.

Qəzet iddia edir ki, İranın bu addımı Türkiyə və Rusiya arasında yaranan təyyarə qalmalı ilə bağlıdır. İran bu məsələdə Rusiyanı dəstəkləyir. Xəbərdə bildirilir ki, hazırda Tehranda havalar normal keçir. Havanın temperaturu 6-10 dərəcə arasındadır.

Qeyd edək ki, Türkiyə İrandan ildə 6 milyard kubmetr civarında mavi yanacaq alır. Bu da Türkiyənin idxal etdiyi təbii qazın 18 faizidir. Daha əvvəllər də İran daxili tələbatı əsas gətirərək, Türkiyəyə verdiyi qazın həcmini azaltmışdı. Türkiyə bununla bağlı məhkəməyə müraciət etmişdi.

1news.az

Paylaş:
727

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər