Minadan zərər çəkən şəxslər üçün sorğu keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Minadan zərər çəkən şəxslər üçün sorğu keçirilib

10:48 - 09 / 12 / 2015
Minadan zərər çəkən şəxslər üçün sorğu keçirilib

19-27 noyabr tarixlərində ANAMA Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birlikdə təlimlərdə iştirak etmiş və kredit əldə etmiş minadan zərər çəkmiş şəxslər arasında sorğu keçirib.

1news.az-ın məlumatına görə, “Azərbaycandakı Minadan Zərər Çəkənlər üçün İcma Əsaslı Kiçik Biznes Təlimləri və Mikro Kredit Dövriyyə Fondu” adlı layihə 2008, 2010 və 2013-cü illərdə keçirilib və 100 nəfər minadan zərər çəkmiş şəxslər bu layihədən kredit alaraq faydalanıb.

Sorğuda İmişli, Beylaqan, Biləsuvar, Saatlı və Ağcabədi rayonlarında yaşayan mina qurbanları iştirak ediblər.

Sorğunun məqsədi kredit götürən minadan zərər çəkmiş şəxslərin fikrini öyrənmək, onlara verilən kreditin miqdarı, müddəti, gələcəkdə yenidən kredit götürmək istəkləri və şərtləri barədə müzakirə və fikir mübadiləsinin aparılmasından ibarət olub.

1news.az

Paylaş:
791

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər