Ermənilərin atdığı mərmi Qazax sakinini yaraladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin atdığı mərmi Qazax sakinini yaraladı

11:56 - 09 / 12 / 2015
Ermənilərin atdığı mərmi Qazax sakinini yaraladı

Azərbaycanın Qazax rayonunda mərmi partlaması nəticəsində 16 yaşlı şəxs yaralanıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Quşçu Ayrım kənd sakini, 1999-cu il təvəllüdlü Sadıqov Tural Cavanşir oğlu sol əlin didilmiş-dağılmış odlu silah xəsarəti və döş qəfəsinin qəlpə yarası ilə mərkəzə yerləşdirilib. Yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Valideynlərinin dediyinə görə, T. Sadıqov ermənilərin atdığı, evin həyətinə düşən mərmini götürən zaman mərmi partlayıb və xəsarət alıb.

1news.az

Paylaş:
636

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər