Ermənistan Hüseynəli xan tərəfindən tikilən məscidi İrana verir
Ermənistan Göy məscidi İrana verir.
Erməni mətbuatının yaydığı məlumata görə, İran 99 il müddətinə məscidin istifadə hüququ haqqında müqavilə imzalayacaq.
“Tarixi və mədəni məscid - Göy məscid (1766-cı il) və ona yaxın ərazi Ermənistanın Mədəniyyət Nazirliyinin sərəncamına verilib. Amma abidənin və ona yaxın torpaq sahələrinin əmlak hüququ barədə dövlət qeydiyyatından sonra İran İslam Respublikasının Ermənistandakı səfirliyi ilə 99 il müddətinə istifadə hüququ haqqında müqavilə imzalanacaq”, - məlumatda deyilir.
Məlumata görə, məscidin binası mədəni mərkəz kimi istifadə ediləcək.
Qeyd edək ki, Hüseynəli xanla oğlu Məhəmməd xanın hakimiyyət illəri (1784-1805) İrəvanın çiçəklənmə və inkişaf dövrü hesab edilir.
1news.az