İtkin düşən neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşən neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb

22:31 - 09 / 12 / 2015
İtkin düşən neftçilərin meyitləri Qazaxıstanla sərhəddə tapılıb

SOCAR "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 6 neftçinin cəsədi dekabrın 7-də Xəzərin Qazaxıstan sərhədinə yaxın ərazisində tapılıb.

1news.az-ın məlumatına görə, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov operativ qərargahda keçirilən brifinqdə bildirib.

X. Məmmədov qeyd edib ki, kəskin pisləşən hava şəraiti, sərt dəniz havası xilasetmə tədbirlərini yubadır və çətinləşdirir.

Vitse-prezident platformada çalışan neftçilərin xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərə də toxunub: “Bəzi məsələdən, hadisədən xəbərsiz insanlar, məlumatsız və qeyri-peşəkar sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan paylaşımlar edirlər. Onlar anlamırlar ki, söhbət insan taleyindən gedir. Söhbət çox ciddidir. Bu, siyasi oyun deyil”.

Daha sonra brifinqdə vitse-prezidentin sözlərini təsdiq edəb videokadrlar nümayiş etdirilib.

Paylaş:
698

Son xəbərlər

Bütün xəbərlər