10 dekabr - Ümumdünya İnsan Hüquqları Günüdür
Bu gün Ümumdünya İnsan Hüquqları Günüdür.
Bu tarix bütün dünyada 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbul edilməsindən sonra qeyd edilir. BMT Baş katibi Pan Gi Munun Ümumdünya İnsan Hüquqları günü münasibətlə builki müraciətində BMT Baş Assambleyasının İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin zəmanəmizdəki əhəmiyyəti bir daha vurğulanır, qeyd olunur ki, Bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri dünyanın hər yerində insanları səfərbər edir.
Müraciətdə indiyədək bu sahədə əldə olunan nailiyyətlərdən güc alaraq, yeni demokratik dəyişikliklərin həyata keçirilməsi, müharibə cinayətləri və insanlığa qarşı cinayət törədənlərin məsuliyyətə cəlb edilməsini təmin etmək üçün yeni addımların atılması, insan hüquqları haqqında yeni və daimi təbliğata başlanmasının zəruriliyi vurğulanır.
1news.az