Nazir Şirvanda vətəndaşlarla görüşəcək
Gənclər və idman naziri Azad Rəhimov dekabrın 15-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.
1news.az-ın məlumatına görə, qəbulda Şirvan şəhər, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəh, Xəqani küçəsi-1, Heydər Əliyev parkının ərazisi) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı dekabrın 11-dən 14-dək saat 09:00-dan 18:00-dək aparılacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar yuxarıda adları çəkilən rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
1news.az
879