“Dini radikallarla mübarizə məsələsinə operativ və sərt yanaşmaq lazımdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dini radikallarla mübarizə məsələsinə operativ və sərt yanaşmaq lazımdır”

16:51 - 11 / 12 / 2015
“Dini radikallarla mübarizə məsələsinə operativ və sərt yanaşmaq lazımdır”

Bir neçə gün bundan öncə Azərbaycanda “Dini ektremizmlə mübarizə haqqında” qanun qəbul olundu.

Bu istiqamətdə növbəti addımın təsdiqi kimi Prezident İlham Əliyevin dini ekstremizmlə mübarizə və milli təhlükəsizliyin gücləndirilməsi üçün bir neçə qanunlara dəyişikliklər etməsi oldu.

Qeyd edək ki, sənəd ictimai və dövlət təhküləsizliyinə, dini ektremistlər tərəfindən dəymiş ziyanın qarşısının alınması və zərərin minimuma endirilməsi, dini esktremizmi maliyyələşdirmənin aşkarlanmasına yönəlib.

1news.az-a yeni qanunun mahiyyətini açıqlayan azərbaycanlı parlamentari Rasim Musabəyov bəyan edib ki, sənəd ektremizmin din pərdəsi altında gizlənməsinin qarşısını almağa yönəlib.

“Dini ektremizmin böyük təhlükə mənbəyi olması yalnız Yaxın Şərqin timsalında deyil, regiona yaxın qonşu dövlətlərdə və ya Şimali Qafqazda, eyni zamanda təhlükəli tendensiyalar olan dünyanın hər bir yerində görmək olar. Bu cür halların Azərbaycanda daha geniş vüsət almaması hakimiyyətin vaxtında və sərt şəkildə qarşısının almaqla əlaqədardır. Bu qanunların  qəbul olunması zəruri idi. İlk növbədə hüquq-mühafizə orqanlarına əlavə səlahiyyətin verilməsi  bu tipli hadisələrə cəhdi kökündən kəsməyə imkan verəcək.

Bu qanunun nə dərəcədə əhəmiyyəli olması düşünrəm ki, səlahiyyətli orqanların onu necə realizə etmələrindən asılı olacaq. Güman edirəm ki, biz, Azərbaycanda  dini ektremizmin yayılmasına imkan verməyəcəyik və müəyyən şəxslər və ya qruplar tərəfindən istənilən hərəkət məhv ediləcək”, - parlamentari qeyd edib.

Öz növbəsində 1news.az-a müsahibə verən millət vəkili AsimMollazadə qeyd edib ki, bu tip qanunların qəbul olunmasının vacibliyi dünyada, xüsusilə də Azərbaycanda baş verən hadisələr oldu.

“Azərbaycan İslam dünyasında dünyəvi inkişaf modelini yaradan ilk dövlət olub. Eyni zamanda Azərbaycan xalqı üçün dünyəvi dəyərlərlər çox vacibdir. İslamdan kənar dini radikalların Azərbaycana müxtəlif cəhdləri ölkəmizin konstitusiyası üçün çox təhlükəldir. Region üçün çox çətin vəziyyətdir. Başqa dövlətlərdən  maliyyələşən ektremist təşkilatlar dünyəvi Azərbaycan dövlətinin müstəqilliyini pozmağı çox istəyirlər. Bu da bizimkonstitusiyamızı və dövlətimizi müdafiə etməyə məcbur edir.Hesab edirəm ki, yeni qanunların həyata keçməsi dövlətimizin milli dəyərlərimizin qorunması istiqamətində atılan təşəbbüsdür. Buna görə də, bütün dövlət orqanları bütün güc və səlahiyyətlərini istifadə edərək heç bir xarici radikal qüvvənin dəyərlərimizə ziyan vurmasına imkan verməməlidir.

Hesab edirəm ki, sözügedən qanunun qəbul olunması yalnız hüquq-mühafizə orqanlarınıngeniş və səmərəli işləməsi üçün deyil, eyni zamanda ictimaiyyət üçün də vacib addımdır. Bu mənada dövlətlə cəmiyyətin Azərbaycanda dini inqilab dalğasına qarşıbirləşməsi  bu istiqamətdə mübarizəyə dəstək olacaq. Düşünürəm ki, bu prosesə ölkənin bütün siyasi partiya və ictimai təşkilatları qoşulmalıdır.

Azərbaycan öz tarixi, mədəniyyəti və irsi baxımından dünyada İslam və Türk dövlərləri içərisində liderdir. Hesab edirəm ki, müasir, müstəqil və demokratik Azərbaycan müharibə və beynəlxalq terrora məruz qalmış ölkələr üçün mayak rolunu oynayacaq. Dinimizin siyasi məqsədlər üçün istifadə edilməsi və buna görə də bu istiqamətdə qəbul olunmuş qanun layihələri yerində və son dərəcə vacib addımdır”, - Asim Mollazadə bəyan edib.

Eyni zamanda parlamentari lazım gələrsə konstitusiyanın nizamı və milli dəyərlərimizin qorunması istiqamətində digər qanunlar qəbul oluna biləcəyini də qeyd etdi.

Milli Məclisin deputatı, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın fikrincə Nardaranda baş vermiş hadisələrlə bağlı qəbul edilmiş qanun çox əhəmiyyətlidir.

“Hesab edirəm ki, qəbul edilmiş qanun həqiqətən də işləyəcək, bununla da Azərbaycanın inkişafına mane olan müəyyən qüvvələrin cəhdinin qarşısı daha tez alınacaq. Bu istiqamətdə qəbul edilmiş qanun son dərəcə əhəmiyyətlidir və düşünürəm ki, ən azından dini ekstremistlərin Azərbaycanda yayılmalarınaimkan verməyəcək”, - Baxşəliyeva qeyd etdi. 

Şərqşünasın hesablamalarına görə, bugünkü gündə Azərbaycanda dini ekstremistlərin sayı yüksək deyil. Və bu da ilk növbədə dövlətimizin düzgün ideolgiyasının və müvafiq təşkilatların İslam maarifləndirməsi sahəsində gördüyü işlərin nəticəsidir.

“Məsələ burasındadır ki, biz, uzun illər ateist siyasəti yürüdən imperiya tərkibində yaşamışıq. Və həmin vaxtlarda ümumilikdə din təkzib olunurdu ki, bu da kökündən yanlış idi.Bu səbəbdən də müstəqillik əldə etdikdə bu sahədə boşluq yarandı. Bu boşluğu qonşu ölkələr öz İslam nümunələri ilə doldurmağa çalışdılar. Amma dövlətimizin həyata keçirdiyi düzgün ideologiya sahəsində bü cür ölkələrin cəhdləri uğurla nəticələnmədi. Düşünürəm ki, belə ölkələrin gətirdikləri bu cür islam ideologiyası bütün dinlər və konfessiyalar üçün hər cür şərait yaradılmış dünyəvi Azərbaycan üçün yolverilməzdir” - qeyd edən Baxşəliyevanın sözlərinə görə, dövlətin hazırkı inkişaf modelininsaxlanılması mütərəqqiziyalılar və müasir gənclər üçün əvəzolunmaz ola bilər.

1news.az

Paylaş:
808

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər