“Günəşli” platformasında baş vermiş qəza ilə bağlı işçi qrupun iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Günəşli” platformasında baş vermiş qəza ilə bağlı işçi qrupun iclası keçirilib

19:27 - 11 / 12 / 2015
“Günəşli” platformasında baş vermiş qəza ilə bağlı işçi qrupun iclası keçirilib

Dekabrın 10-da “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar yaradılmış işçi qrupunun növbəti iclası keçirilib.

SOCAR-ın mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, iclasda fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları, SOCAR-ın vitse-prezidentləri Rəfiqə Hüseynzadə, Rəhman Qurbanov, habelə BP şirkətinin vitse-prezidenti Robert Vat və mütəxəssislər iştirak ediblər.

İclasda mümkün ekoloji problemlərin və neft dağılmaları ehtimalının hesablanması və qarşısının alınması məsələləri müzakirə olunub. Bu məqsədlə havadan helikopter və sudan gəmilər vasitəsi ilə ərazi koordinatlarının müəyyən edilməsi və zəruri tədbirlər görülməsi üçün “Azərkosmos”dan ərazinin gündəlik çəkilişlərinin alınmasına qərar verilib. Ərazini mümkün neft dağılmalarından qorumaq məqsədi ilə su səthinə xüsusi gəmilər vasitəsi ilə dağılmalara qarşı bonların düzülməsi nəzərdə tutulub.

Keçirilmiş iclasın nəticəsi olaraq bu gün səhər işçi qrupun üzvləri qəza yerinə uçaraq, helikopterdən əraziyə baxış keçiriblər. Uçuş zamanı qəza ərazisində neft dağılmaları müşahidə edilməyib. Qəza rayonunda mütəmadi müşahidə və tədqiqatlar aparılması üçün bir ədəd monitorinq gəmisi və neft dağılmalarına qarşı müasir avadanlıqlarla təchiz edilmiş 6 digər gəmi əraziyə göndərilib. Xüsusi təchiz edilmiş bu gəmilər dağılma halları baş verərsə, neftin yığılması və utilizasiya məntəqələrinə çatdırılması üçün tam hazır vəziyyətə gətirilib. 

АPA

Paylaş:
742

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər