Vyetnam Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Vyetnam Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

11:24 - 11 / 12 / 2015
Vyetnam Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Vyetnam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həllini dəstəkləyir.

Bu fikri Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq Əlaqələr Komissiyasının sədri Xoanq Bin Kuan bu ölkədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Görüşdə iki ölkənin hakim partiyaları arasında əlaqələr, habelə Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi, ticari, investisiya, turizm, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Söhbət zamanı hər iki ölkənin hakim partiyaları arasında əlaqələrin möhkəmlənməsi, qarşılıqlı səfərlərin davam etdirilməsi barədə razılığa gəlinib. M.Qurbanlı Vyetnam kommunist partiyası nümayəndə heyətini gələn il ölkəmizə səfərə dəvət edib.

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə və YAP Gənclər Birliyinin sədri Seymur Orucovun da daxil olduğu YAP nümayəndə heyətinin Vyetnama səfəri dekabrın 12-dək davam edəcək.

1news.az

Paylaş:
702

Son xəbərlər

Bütün xəbərlər