Basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib | 1news.az | Xəbərlər
İdman

Basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib

20:00 - 12 / 12 / 2015
Basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib.

Çempionatın yeddinci turunda “Araz” komandası BDU-ya 62:53, NTD klubu AzTOP-a 68:62, “Sıçrayış” “Baku Oilers”ə 84:63, “Bakı” kollektivi isə “Dərviş”ə 79:61 hesabı ilə qalib gəlib.

Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir. İki dövrədən sonra 4 komanda mükafatlar uğrunda mübarizə aparacaq.

Hesabında 13 xal olan NTD və “Bakı” komandaları turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar. “Baku Oilers” isə 12 xalla üçüncü yerdədir.

Paylaş:
905

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər