Polad Bülbüloğlunun 13 yaşlı oğlu Novosibirskdə keçiriləcək beynəlxalq festivalda dirijorluq edəcək
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Novosibirskdə keçiriləcək Transsibir art-festivalında mahnı ifa edəcək. Orkestrin dirijoru isə səfirin oğlu Murtuza olacaq.
1news.az-ın TACC agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə festivalın bədii rəhbəri Vadim Repin bildirib.
“Bizim uşaqlar üçün olan ənənəvi proqramımızda Polaq Bülbüloğlunun 13 yaşlı oğlu Murtuza iştirak edəcək. O, pis dirijorluq etmir. Bir kompoziyanın dirijorluğunu onun öhdəsinə vermişik. Oğluna dəstək olmaq istəyən Polad Bülbüloğlu da festivala gələcək. O, mahnı ifa edəcəyinə söz verib”, - deyə V. Repin qeyd edib.
Qeyd edək ki, III Transsibir art-festivalı gələn il aprelin 9-24-də keçiriləcək.
1news.az
897