Sekuta: “Leyla Yunusun azadlığa buraxılması haqda qərarı təqdir edirik” | 1news.az | Xəbərlər
Siyasət

Sekuta: “Leyla Yunusun azadlığa buraxılması haqda qərarı təqdir edirik”

17:41 - 14 / 12 / 2015
Sekuta: “Leyla Yunusun azadlığa buraxılması haqda qərarı təqdir edirik”

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Leyla Yunusun azadlığa buraxılmasına münasibət bildirib.

1news.az-ın APA-nın şimal bürosunun verdiyi məlumata görə, R.Sekuta rəsmi Vaşiqntonun bu addımı təqdir etdiyini və alqışladığını bildirib.

Leyla və Arif Yunusun azadlığa buraxılması barədə qərarı təqdir etdiklərini deyən səfir qeyd edib ki, bu, irəliyə doğru atılan vacib addımdır. 

Qeyd edək ki, çərşənbə axşamı, dekabrın 9-da məhkəməSülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunusun cəzasını 5 il sınaq müddətinə təyin edərək, məhkəmə zalından azadlığa buraxıb.

Eyni zamanda məhkəmə onun həyat yoldaşı Arif Yunus barəsində 7 il müddətində azadlıqdan məhrum etmə cəzasını 5 il sınaq müddətinə təyin etməklə şərti hesab edib.

Xatırladaq ki, bvundan əvvəl Leyla Yunusun azadlığa buraxılması xəbərini aparıcı ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri də alqışlamışdılar.

1news.az

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər