Stiven Siqal: “Bakıya gələndə əslində bir xəyalım var idi ki, milli musiqiçilərlə layihə həyata keçirim”-FOTO-VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Stiven Siqal: “Bakıya gələndə əslində bir xəyalım var idi ki, milli musiqiçilərlə layihə həyata keçirim”-FOTO-VİDEO

17:50 - 14 / 12 / 2015
Stiven Siqal: “Bakıya gələndə əslində bir xəyalım var idi ki, milli musiqiçilərlə layihə həyata keçirim”-FOTO-VİDEO

Daha əvvəl xəbər veridiyimiz kimi Dekabrın 16-17-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək məşhur Hollivud ulduzu Stiven Siqal bu gün Bakıda ilk məşqini edib.

1news.az Stiven Siqalın Azərbaycana ikinci səfəri və “Natiq” ritm qrup ilə çıxışı haqqında fikirlərini bölüşdüyü müsahibəni təqdim edir.

- Azərbaycan xoş gəlmişsiniz, siz artıq ikinci dəfədir Azərbaycana gəlirsiz. Sizi burada görməyimizə şadıq. Keçiriləcək konsert və «Natiq» ritm qrupu ilə birgə işləməklə bağlı bizə məlumat vermənizi xahiş edirik. 

- Mən çox xoşbəxtəm ki, burdayam. Bakıya gələndə əslində bir xəyalım var idi ki, milli musiqiçilərlə bir layihə həyata keçirim, əsasən də nağara ifaçısı ilə. Və mən çox şanslıyam ki, Azərbaycanın ən yaxşı və tanınmış nağara ustası ilə bir səhnədə konsert vermək imkanı əldə etdim. Başqa tərəfdən blüz elə bir sənət növüdür ki, dünyada çox az sayda adamın bu musiqi haqqında məlumatı var.Blüz musiqisi Robert Conson kimi insanlardan sonra tanınmaga başladı. Bu musiqinin ən məşhur əfsanələri, məsələn, Hubert Sulim, Adam Collins Howlin Wolf - onlar hamısı bu yaxınlarda dünyalarını dəyişib. Mənim bəxtim gətirib ki, onlarla bir mühitdə böyümüşəm və onlarlara eyni zamanda blüzü ifa etmişəm. Bu konsertdə blüz musiqisinin ontologiyası və hekayəsi əksini tapacaq. Mən bu musiqiylə yaşamağı və onu gələcəkdə də yaşatmağı istəyən biriyəm.

- Siz ikinci dəfədir Azərbaycana gəlirsiz və bu cür möhtəşəm Heydər Əliyev Mərkəzində ifa edəcəksiniz.  Heydər Əliyev Mərkəzi və Bakı haqqındakı təəssüratlarınızı bölüşmənizi istəyirik.

- Əlbəttə ki, Heydər Əliyev Mərkəzi müasir memarlığın ən gözəl incilərindən biridir. Həqiqətən, çox möhtəşəm bir yerdir.  Mərkəzin Auditoriumunun akustikası isə həyatımda gördüyüm ən gözəl akustikadır və bu da burda çıxış etməyimin ən əsas səbəblərindən biridir. Azərbaycan, Bakı mənim çox sevdiyim ölkə və səhərlərdən biridir. Burada çox yaxın dostlarım var, hansı ki onları öz ailəm hesab edirəm. Və bura hələ çox gəlməyi planlaşdırıram. Azərbaycanda musiqiylə məşğul olmağı  və «marshal arts» və aykidoya öz töhfələrimi vermək istəyirəm.

- Bakıdan gedərkən burdan hansı suvenirləri aparacaqsız? Və siz simli alətlərdə ifa edirsiz, nə vaxtsa Azərbaycanın milli simli alətlərində ifa etməyi düşünürsüzmü?

Azərbaycan musiqi alətlərində ifa etməyi çox istərdim və hazırda az da olsa nağarada ifa edə bilirəm. Mən öncə Azərbaycan simli çalğı alətlərini əldə etməliyəm və daha sonra onlarda ifa etməyi oyrənməliyəm. Suvinirlərlə bağlı isə heç bir fikrim yoxdu və bu, mənə hədiyyə olunan suvenirlərdən asılı olacaq.

- Bakıda sizi əsas nə heyran etdi?

- PREZIDENT… O, məni heyran etdi, çünki onun mənəviyyata baxışı tam fərqlidir. Mən Azərbaycan prezidenti ilə tanış olduğum üçün çox xoşbəxtəm. Sünni və şiə müsəlmanların eyni məsciddə ibadət etmələri, bir-birindən çox da uzaq olmayan xristian kilsələri və yəhudi sinaqoqları, hamının bir-biri ilə dil tapması çox xoşuma gəldi. Məncə, bura yer kürəsindəki ən yaxşı şəhərlərdən birdir.

- Sizin iştirakınızla hər hansı bir filmin Bakıda çəkilişi gözlənilirmi?

- Bəli, bu barədə fikirləşmişəm və qısa metrajlı da olsa bir film çəkməyi planlaşdırıram.

- Keçən səfər zamanı qeyd etmişdiniz ki, Azərbaycan prezidenti İlham Əliyevdən idmanın inkişafı üçün təklif almısınız. Sizi bununla bağlı təbrik edə bilərikmi?

- Bəli, prezident İlham Əliyev mənə “marshal arts” və aykidonun Azərbaycanda inkişafıyla bağlı yeni iş təklif edib və mən buna razılıq vermişəm.

1news.az

Paylaş:
1250

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər