İtaliyalı məşhur müğənni- Eros Ramazotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək | 1news.az | Xəbərlər
Mədəniyyət

İtaliyalı məşhur müğənni- Eros Ramazotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək

10:56 - 14 / 12 / 2015
İtaliyalı məşhur  müğənni- Eros Ramazotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək

Konsert Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təqdim olunur.

1news.az xəbər verir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, 2016-cı il aprelin 24-də keçiriləcək möhtəşəm şounun biletləri yanvar ayından satışa çıxarılacaq.

1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın “Debütantlar” nominasiyasında qalib olan Ramazotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib.

Bu günədək 13 musiqi albomu işıq üzü görən Eros Ramazotti 30 ildən artıq müddətdə İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib.

Musiqi albomları dünyada milyonlarla tirajda satılan Eros Ramazottinin 2015-ci ildə çıxan 13-cü “Perfetto” adlı musiqi albomu 38 ölkədə “ən yaxşı 20-lər” sırasına daxil olub. Qeyd edək ki, Ramazottinin Bakı konserti də “Rerfetto” dünya turu çərçivəsində təşkil olunur.

Paylaş:
1085

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər